Azərbaycan mafiyasının lideri saxlanıldı

16:04 26.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqda yoldan keçənlərə hücumla bağlı cinayət işi çərçivəsində 9 nəfər saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlar arasında üzvlərinin “Azərbaycan mafiyası” adlandırdığı qrupun lideri də var. Qeyd edilib ki, onun adı Tural Məmmədovdur.

Onların hamısı milli ədavət və düşmənçilik zəminində xuliqanlıqda ittiham olunurlar.

İstintaqın məlumatına görə, 2023-cü ildə bir qrup gənc Sankt-Peterburq sakinləri ilə dava salaraq onları döyüb.

Məhkəmənin sanksiyası ilə qruplaşmanın bəzi üzvləri artıq nəzarətə götürülüb.